E.Abdullayev prezidentə təşəkkür etdi

media-hightechnic-468x90

130419103359_elman_abdullayev_640x360_bbc_nocreditE.Abdullayev aktual.az-a açıqlamasında bildirib ki, belə bir mühüm vəzifəyə etimad göstərildiyinə görə, ölkə başçısına minnətdardır: “Belə bir etimad göstərilən hər bir diplomat üçün dövlətimizi və başda cənab prezident olmaqla təmsil etmək, böyük bir şərəfdir. Qeyd etmək istəyirəm ki, indi ölkəmizin xarici siyasəti genişlənməkdədir və Azərbaycanda çoxşaxəli xarici siyasətin əsasında həm ikitərəfli münasibətlərin genişlənməsi, həm də eyni zamanda beynəlxalq təşkilatlarda mövqeylərinin möhkəmlənməsi və nüfuzunun artırılması durur”.

E.Abdullayevin sözlərinə görə, Afrikada olarkən həm Efiopiya ilə ikitərəfli münasibətlərin inkişafı, həm də eyni zamanda Azərbaycanın Afrika münasibətrinin inkişafı istiqamətində işlər aparılacaqdır: “Təbii ki, bu gün Afrika Qitəsi Azərbaycan üçün vacibdir, çünki Azərbaycanın beynəlxalq təşkilatlarda günbəgün nüfuzu artmaqdadır və Azərbaycan bu təşkilatlarda fəaliyyətini genişləndirməkdə maraqlıdır”.

XİN-in mətbuat xidmətinin sabiq rəhbəri həmçinin bildirib ki, Afrika Qitəsinə səfərinin tarixi dəqiq deyil: “Səfirlik yeni yarandığı üçün ilk mərhələdə müəyyən texniki məqamlar var onları həll edəndən sonra yeni vəzifədə fəaliyyətimə başlayacam”. (azvision.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600