Ədəbiyyat və əfsanəvi Merlin Monro
Ölümündən 50 il keçməsinə baxmayaraq, Merlin Monro hələ də Hollivudun ən önəmli ulduzlarından biri olaraq qalır.
Onu biz adətən bir aktrisa kimi tanıyırıq, amma o zaman verdiyi müsahibələrdən və ölümündən sonra evində qoyub getdiyi kitabxanadan bəlli olur ki, aktrisa həm də bədii ədəbiyyatı sevib.
1962-ci ilin avqust ayında ölümdən sonra ondan qalan kitabxanada 400–dən çox kitab var. Uşağı olmayan və bunu hər zaman üzülərək dilə gətirən Merlinin kitabxanasında körpələrə qulluq etməklə bağlı çox sayda kitabın olduğu üzə çıxıb.
Onun sevdiyi müəlliflər kim idi, o daha çox hansı əsərləri oxuyurdu? Kitabxanada bir çox məşhur yazarın əsərinə rastlamaq olar. Məsələn, Dostoyevski, Folkner, Flober, Kamyu, Stendal və başqaları(axar.az).