“İşğaldan azad olunmuş ərazilərdə ədliyyə qurumlarının fəaliyyəti bərpa edilir”.
Yenicag.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin jurnalistlər ilə birgə keçirdiyi 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfransda çıxış edən Ədliyyə Nazirliyi Təşkilat-nəzarət baş idarəsinin rəis müavini, Qarabağ Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsini icra edən Sübhi Kazımov deyib.
Sübhi Kazımov vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə ədliyyə qurumlarının fəaliyyəti bərpa edilir:
“Qeyd olunan ərazilərdə ədliyyə orqanlarına əlçatanlığın təmini məqsədilə müvafiq addımların atılması davam edir. Ədliyyə nazirinin əmri ilə ötən il noyabrın 12-də Ədliyyə Nazirliyinin Qarabağ Regional Ədliyyə İdarəsi yaradılıb.
Artıq həmin ərazilərdə məhkəmə və müvafiq ədliyyə strukturlarının fəaliyyətinin təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilir”.
Gülşən Şərif
www.yenicag.az