"EFES - 2026" təlimində gecə mərhələsi keçirildi - FOTO

media-hightechnic-468x90

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Özdərə hərbi düşərgəsində keçirilən “EFES – 2026” çoxmillətli birgə müştərək təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”nün gecə mərhələsini izləyib.

media-banner_tuq

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə qonaqlar tədbir çərçivəsində təşkil olunan Müdafiə Sənayesi Sərgisində nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olublar.

Türkiyənin milli müdafiə naziri, Azərbaycan, Gürcüstan, Bosniya və Herseqovina müdafiə nazirləri, eləcə də digər yüksək səviyyəli müşahidəçilər gecə vaxtı şərti düşmən gəmisinin ələ keçirilməsi, sahil mühafizəsinin təşkili, helikopterlər vasitəsilə hava kəşfiyyatının və atəş dəstəyinin təmin edilməsi, artilleriya qüvvələri və digər bölmələr tərəfindən icra edilən müxtəlif tapşırıqların icrasını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, 50 ölkənin hərbi qulluqçularının qatıldığı təlimin əsas məqsədi genişmiqyaslı əməliyyatlar zamanı iştirakçı ölkələrin Quru qoşunları, Hərbi Dəniz və Hərbi Hava qüvvələrinin arsenalında olan silah və vasitələrdən birgə istifadə üsullarının və bacarıqlarının təkmilləşdirilməsidir.

Təlimdə həmçinin, hərbi kontingentlər arasında koordinasiyanın gücləndirilməsi, Taktiki Data Link (TDL) sistemlərinin effektiv istifadəsinin təmin edilməsi, hərbi əməliyyatlar zamanı kibertəhlükəsizlik qabiliyyətlərinin inkişaf etdirilməsi və ortaq kibertəhlükəsizlik anlayışının formalaşdırılması nəzərdə tutulub.

media-17793072222546318644_1200x630 media-17793072221785245821_1200x630 media-17793072224093458967_1200x630 media-17793072221953765425_1200x630 media-17793072225693019515_1200x630 media-17793072224711851625_1200x630 media-1779307222441898292_1200x630

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05