Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Efiopiyada təyyarə qəzaya uğradı - 157 nəfər öldü - VİDEO

“Ethiopian Airlines” aviaşirkətinin “Boeing 737” təyyarəsi qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, qəza nəticəsində bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.

Şirkətin yaydığı məlumata əsasən, Əddis-Əbəbədən Nayrobiyə uçan təyyarənin göyərtəsində 149 sərnişin və 7 ekipaj üzvü olub. Təyayrədə 33 xalqın nümayəndəsinin olduğu da qeyd olunur.

Qəza təyyarənin Əddis-Əbəbənin aeroportundan havaya qalxmasından 6 dəqiqə sonra baş verib. Təyyarə şəhərdən 40 kilometrdən az məsafə aralığında düşüb.

Qəzanın səbəbləri məlum deyil.

Hazırda hadisənin səbəbləri araşdırılır, əraziyə fövqəladə hallar xidmətinin əməkdaşları cəlb olunub.

Efiopiyanın baş naziri Abiy Əhməd Əli  “Tvitter” sosial şəbəkəsində hadisə ilə bağlı qeyd edib:

“Baş nazir ofisi hökumət və Efiopiya xalqı adından bu səhər Nayrobiyə müntəzəm reysi yerinə yetirən “Ethiopian Airlines”in “Boeing 737″də yaxınlarını itirən ailələrə başsağlığı verir”.

www.yenicag.az

1297