!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Efirdə daha bir RƏZALƏT: Söyüş göydə uçur, MTRŞ Tolikə niyə “dözür”? – VİDEO/18+

!Reklam – Yazi

Xəzər Televiziyasının “Hər şey daxil” verilişindən efirdə yayımlanmayan, lakin sosial şəbəkələrdə paylaşılan görüntülər hələ də müzakirə olunmaqdadır. Həmin görüntüdə aparıcı Tarix Əliyevin (Tolik) əməkdar artist Vasif Məhərrəmli ilə dialoqu zamanı qeyri-senzur ifadələr işlədib.

Bu olaydan bir müddət keçməsinə baxmayaraq, Tolik və telekanal haqqında hər hansı cəza tədbirinin görülməməsi, bu kimi halların artıq MTRŞ üçün də adiləşdiyini, yaxud da, həmin qurumun belə yolverilməz davranışa göz yumduğu qənaətini yaradır.

Qalmaqallı hadisə ilə bağlı Yenicag.az-a danışan xalq artisti, tanınmış diktor Sabir Ələsgərli bu kimi halların yolverilməz olduğunu bildirib:

“Efirdə elə söz işlətmək olmaz, sosial şəbəkələrdə yayılan o görüntülərə milyonlarla insan baxır. O söyüşü işlədən şəxsə deyən gərək, nə vaxtın aparıcısı olmusan, harada kurs keçmisən, kimin yanında öyrənmisən?Hamını buraxırlar efirə, ağızlarına gələni danışırlar. Belə şey olmaz axı. Mentalitetimiz var, azərbaycanlıyıq, həmişə bizim milləti barmaqla göstəriblər. Sənin nə ixtiyarın var, söyüş işlədəsən, belələri efirdən kənarlaşdırılmalıdır”.

MTRŞ-ın Aparat rəhbəri Asəf Hacıyev isə belə davranışların qəbuledilməz olduğunu desə də, məsələni telekanalın daxili işi kimi qiymətləndirib:

“Hər kəs danışanda öz əxlaqını, mədəniyyətini ortaya qoyur. Belə şeyləri biz də qınayırıq. Bu qanun pozuntusu olmadığı üçün qarışa bilmirik. Bu, televiziya daxilində olan danışıqdır. MTRŞ tövsiyə xarakterli nəsə deyə bilər”.

Bu görüntüləri təqdim edirik:

www.yenicag.az

1495
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv