Efirdən uzaqlaşan Aytən Səfərovanın YENİ İŞİ

media-hightechnic-468x90

Aparıcı Aytən Səfərova keçirtdiyi avtomobil qəzasından sonra efirdən uzaqlaşıb.

Yenicag.az xəbər verir ki, Səfərova özünə yeni məşğuliyyət tapıb. Bu haqda o, özü məlumat yayıb.

Aparıcı bildirib ki, bundan sonra onlayn dərslər verəcək. O, aparıcı olmaq istəyənlərə səlis danışığı, diksiya və düzgün tələffüzü öyrədəcəyini əlavə edib.

Qeyd edək ki, A.Səfərova avtomobili ilə qəza törədib. Hadisə səhər saat 06:50 radələrində aparıcı işə gedərkən baş verib. “Hyundai” markalı iki minik avtomobilinin toqquşması nəticəsində maşınlardan biri yolun hərəkət hissəsində aşıb və kənarda dayanmış “KİA”ya çırpılıb. A.Səfərova müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 2005-ci il təvəllüdlü Ayxan Əliyev isə vəfat edib./Axşam.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600