Reklam

Reklam

Azərbaycan Mətbuat Şurası aprelin 11-də ölkəmizdə keçirilmiş prezident seçkiləri ilə bağlı kütləvi informasiya vasitələrində (KİV) apardığı monitorinqin nəticələrini açıqlayıb.

Yenicag.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, KİV-lər bütün namizdlərə bərabər yanaşıblar:

“Heç bir mətbu orqan hansısa prezidentliyə namizədi aşağılamayıb. Namizədlərin tərəfsizliyi qorunub. Bu isə ötən illərə nəzərən müsbət bir addımdır. Monitorinq zamanı bəzi KİV-lərdə gizli siyasi təşviqat aparılıb. Ümumilikdə prezident seçkiləri zamanı KİV-lərdə 1051 material yayımlanıb. Onların 11 mənfi xarakterli məlumatdır. TV kanallarda heç bir namizədə qarşı mənfi material yayımlanmayıb”.

Əflatun Amaşov qeyd edib ki, 11 aprel prezident seçkilərində iştirak edən namizədlərdən 4-ü Milli Məclisin üzvüdür:

“6 televiziya kanalında  namizədlər haqqında məlumatlar verilib. Təbliğat materialları digər qəzet və elektron xəbər portallarında yayımlanıb. KİV-lərdə aparılan monitorinqlərdə yayımlanan məlumatlarda heç bir nöqsana rast gəlinməyib. Mediada heç bir namizədə qarşı etikadan kənar münasibət qeydə alınmayıb. Namizədlərin tərəfsizliyi qorunub. Ümumi götürsək, media orqanları prezident seçkilərində uğurlu işə imza atıblar”.

Əflatun Amaşov sosial şəbəkələrlə bağlı narazılığını ifadə edib:

“Sosial şəbəkələrdə etik qaydaların pozulması qeydə alınıb. Məsələn hansısa media orqanı yazdığı xəbəri sosial şəbəkədə paylaşılıb və həmin məlumatın altında etik normalara cavab verməyəm şərhlər yazılıb. Bu hallar sosial şəbəkələrə aid olduğu üçün monitorinqdə qeydə alınmayıb”.

Bununla yanaşı Əflatun Amaşov Mərkəzi Seçki Komissiyası ilə birgə çalışdıqlarını deyib:

“Mətbuat Şurası seçki günü MSK ilə birgə öz işini davam etdirib. Şura seçki məntəqələrində jurnalistlərin fəaliyyətinə yaradılan şəraitlə tanış olub. Mətbuat Şurasında seçki günü qaynar xətt yaradılıb. Nöqsanlarla bağlı yalnız 1 müraciət olunub və yaranan problem də həll olunub. Mətbuat Şurasının İdarə Heyətinin üzvləri həmçinin müəyyən ərazilərdə seçki dairələrində olublar”.

Səxavət Məmməd

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 876
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."