Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Əflatun Amaşov: “Ölkədə media tam müstəqildir”

“Ölkədə media tam müstəqildir…”

Yenicag.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısında çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Şura sədri qeyd edib ki, Azərbaycanda media sahəsində uğurlar əldə olunub: “1998-ci ildə senzura ləğv edilib, qanunvericilik bazası təkmilləşdirilib. Daha sonra Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi. Ölkədə daha heç bir qurum mediaya nəzarət etmir”.

Ə. Amaşov Azərbaycanda internet mediada da fəaliyyətin uğurla davam etdiyini bildirib: “Azərbaycanda 3 milyona yaxın insan sosial şəbəkədən istifadə edir. Ölkəmizdə etnik qruplar sülh və əminamanlıq şəraitində yaşayırlar. Media da bu istiqamətdə dövlət siyasətini dəstəkləyir”.

Gülşən Şərif

www.yenicag.az

5314
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100