Əflatun Amaşovdan “Çarli Hebdo” basqınına operativ reaksiya

media-hightechnic-468x90

Aflatun_Amashov_021009_4gAzərbaycan Mətbuat Şurası Fransada baş verən terror hadisəsi ilə bağlı bəyanat vermişdir. MŞ sədri Əflatun Amaşovun adından Azərbaycan və ingilis dillərində yayımlanan bəyanat aşağıdakı kimidir:

“«Çarli Hebdo» jurnalının redaksiyasına olan silahlı basqın nəticəsində bu kütləvi informasiya vasitəsinin əməkdaşlarının qətlə yetirilməsini dərin hüzn və böyük üzüntü ilə qarşıladıq. Belə bir olayın Avropanın mərkəzində, söz və ifadə azadlığı kimi demokratik dəyərlərin beşiyi sayılan Fransada baş verməsi xüsusilə sarsıdıcıdır. Bu hadisə XXI əsrdə terrorun qorxunc mahiyyətini bir daha ortaya qoymaqla beynəlxalq aləmin, xüsusən də mütərəqqi media ictimaiyyətinin ona qarşı ciddi şəkildə səfərbər olmasını zərurətə çevirir. Əminəm ki, Qafqazda tolerantlıq modeli statusuna sahib Azərbaycanın media cameəsi mövcud zərurəti tam anlamıyla dərk edir, terroru, onu himayə edənləri qətiyyətlə pisləyir.

«Çarli Hebdo» jurnalının redaksiyasında baş verən kütləvi qətlin hansı səbəbdən baş verməsi hələlik məlum olmasa da, istənilən halda dəhşətli hadisənin fikir plüralizminə qarşı atılan addım mahiyyəti daşıdığı daha çox ehtimal edilir. Məhz buna görə də onu törədənlər layiqli cəzalarını almalıdırlar. Bu, demokratik Avropa üçün son dərəcə vacib məqamdır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600