Əfqanıstan-Pakistan sərhədində NÖVBƏTİ İNSİDENT

media-hightechnic-468x90

Pakistan təhlükəsizlik qüvvələri Əfqanıstandan sərhədi qanunsuz keçməyə çalışan silahlı qrupun qarşısını alıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “Dawn” qəzeti yayıb.

Məlumata görə, Əfqanıstanın Kunar əyalətindən Hayber Paxtunxva əyalətinin Bajaur rayonuna keçmək istəyən 8 silahlı şəxs təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.

Hadisədən sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib. Mənbələr bildirir ki, sərhədin bu hissəsində nəzarət artırılıb və insidentlə bağlı araşdırma aparılır.

Qeyd edək ki, İslamabad hökuməti “Təhrik-i-Taliban Pakistan” (TTP) qruplaşmasının Əfqanıstan ərazisində yerləşdiyini və buradan Pakistana qarşı hücumlar təşkil etdiyini iddia edir. Lakin Əfqanıstan administrasiyası bu iddiaları rədd edir.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600