Əfqanıstan Türk Keneşində müşahidəçi olmaq fikrindədir

media-hightechnic-468x90

Əfqanıstan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Keneşi) üzv ölkələrilə mədəni, təhsil, iqtisadi əməkdaşlıq əlaqələrini daha da genişləndirmək məqsədilə sözügedən təşkilatda müşahidəçi status əldə etmək arzusundadır.

Yenicag.az Əfqanıstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Məhəmməd Hənif Ətmar tərəfindən Türk Kənəşi baş katibi Bağdad Əmreyevə ünvanlanmış məktubda bildirilir.

Cavab olaraq B.Əmreyev də Əfqanıstanın bu beynəlxalq təşkilatla və üzv ölkələrilə əməkdaşlıq əlaqələrini qurmaq və daha da genişləndirmək arzusunu yüksək qiymətləndirərək bunu regional əlaqələrin inkişafı baxımından mühüm addım olaraq dəyərləndirib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa