!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əfqanıstan veteranlarından narazılıq - Qeyd edilməyən gün, cəza almış şəxsin sədrliyi

!Reklam – Yazi

1989-cu il fevralın 15-də Sovet qoşunlarının Əfqanıstandan çıxarılması başa çatıb.

1979-cu il dekabrın 24-də ilk Sovet hərbi qüvvələri Əfqanıstan sərhədini keçib. On illik Əfqanıstan müharibəsində 7500-ə yaxın azərbaycanlı da iştirak edib. Onların 208-i müharibədə həlak olub, 450 nəfər əlil, 7 nəfər isə itkin düşüb. Azərbaycanda hazırda 4 minə yaxın Əfqanıstan müharibəsi veteranı var. Əfqanıstandan qayıdandan sonra orada Qarabağ müharibəsində iştirak ediblər. Əfqanıstan müharibəsi veteranlarından 17 nəfər sonradan Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Milli Qəhrəman adına layiq görülüb.

Azərbaycanda məlum müharibəni keçmiş şəxslər Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyi adlı təşkilatda birləşiblər. Lakin İctimai Birlik nədənsə 15 fevralı qeyd etmir.

Təşkilat daxilində parçalanmanın olması bir çoxlarına məlumdur. Belə ki, hazırkı sədr Məhəmməd Vəliyev və müavini Cavan Əhmədov veteranların şikayəti əsasında məhkəməyə verilib. Hər iki şəxs dələduzluq və rüşvət almaqda təqsirləndirilərək, barələrində 2 il şərti cəza kəsilib. Maraqlıdır ki, şərti cəza kəsilən Məhəmməd Vəliyev hələ də öz vəzifəsini icra edir.

Əldə etdiyimiz məlumata görə, İctimai Birlik Sovet qoşunlarının Əfqanıstandan çıxarılması gününü bir neçə gün sonra qeyd edəcək.

Bu isə Əfqanıstan müharibəsi veteranlarını narazı salıb. Çünki digər ölkələrdə tədbirlər fevral ayının 15-də keçirilir.

Sovet qoşunlarının Əfqanıstandan çıxarılması günü ilə əlaqədar Yenicag.az-a açıqlama verən Əfqanıstan müharibəsi veteranı Tərlan Eyvazov bildirib ki, keçmiş SSRİ ölkələrində olan döyüşçülər bu günü qeyd etdiyi halda Azərbaycanda nədənsə bu baş vermir:

“Eşitdiyim məlumata görə, MDB Hökumət Başçıları Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin İşləri Komitəsi Əlaqələndirmə Şurasının sabiq sədri, ehtiyyatda olan general-leytenant, Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşevin Bakıya gələcəyi gün keçiriləcək. Əgər digər bayram və anım günləri öz vaxtında keçirilirsə, niyə görə biz bu günü müstəqil respublika olaraq kiminsə gəlməsinə bağlamalıyıq? Kiminsə gəlişi şərəfinə günün dəyişdirilməsi doğru addım deyil. Bu gün ölkəmizdə olan Əfqanıstan veteranları təşkilatları, Böyük Vətən müharibəsi və Qarabağ müharibəsi veteranlar təşkilatları kimi funksiyasını tam şəkildə yerinə yetirə bilmir. Bu azmış kimi Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyi haqqında çox xoşagəlməz xəbərlər eşidirik. Orada olan korrupsiya faktları, veteranların haqlarının pozulması, dələduzluq halları ilə bağlı məhkəmə də keçirilib. Hətta məhkəmədə bu birliyin sədrinə cəza verilib.

Müvafiq qurumlar yaranmış vəziyyətə nəzarət etməlidir. Səfərbərlik xidməti araşdırma aparmalıdır. Yalandan 10 min Əfanıstan müharibəsi veteranının olduğunu deyirlər. Əslində isə bu rəqəm şişirdilib. Əfqanıstan müharibəsində olmuş şəxslər sonradan Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdi, şəhidlər verdi. Bütün bu xidmətlərə görə onları toparlayıb, dövlətin müvafiq strukturları altında təşkilat yaratmaq mümkündür. O təşkilat həmin insanlarla, onların problemləri ilə məşğul olsun”.

Əfqanıstan Veteranları İttifaqının (ƏVİ) sabiq sədri Məmməd İsgəndərov isə yaranmış məsələyə bu cür münasibət bildirib:

“Rusiyadan gələcək general-leytenant Ruslan Auşev MDB Hökumət Başçıları Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin İşləri Komitəsi Əlaqələndirmə Şurasının sabiq sədridir. Bir neçə il əvvəl onun Rusiya rəhbərliyi ilə arasındakı gərginlik istefasına səbəb oldu. Hal-hazırda o, bu sahədə işləmir.Beynəlmiləlçi Döyüşçülərin İşləri Komitəsinin sədri general Aleksandr Kovalyovdur. Digər bir mühüm təşkilat olan “Döyüş Qardaşlığı”nın sədri də general-polkovnik Qrumovdur. Rusiya Əfqanıstan veteranları birliyinin sədri ehtiyatda olan polkovnik, Dumanın komitə sədri Klintseviçdir. Bu gün məxsusi olaraq Ausev Ruslana görə belə bir tədbirin 1 həftə geriyə çəkilməsinin heç bir səbəbi ola bilməz. Bu bizim respublikanın öz daxili işidir”.

Məmməd İsgəndərov qeyd edib ki, əgər yuxarıda adı çəkilən şəxslər Azərbaycana gəlsə idi, bu gecikməni haradasa anlaya bilərdilər:

“Heç bir səlahiyyəti olmayan bir şəxsə görə bu tədbirin keçirilməməsi doğru addım deyil. Bundan əlavə, Ausev Ruslan öz şəxsi maraqları üçün Azərbaycana gəlir. Ümumiyyətlə, 2 il şərti cəza almış bir şəxsin hələ də Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin başında durması utancverici haldır. Təklif edirəm ki, Əfqanıstan döyüşçüləri yığışıb, toplantı keçirib, yeni sədr, İdarə Heyəti seçsin”.

Sovet qoşunlarının Əfqanıstandan çıxarılması gününün məhs bu gün qeyd edilməməsi ilə bağlı təşkilatın sədri Məhəmməd Vəliyevlə əlaqa saxlamağa çalışsaq da, zənglərimzə cavab verməyib.

Səxavət Məmməd

www.yenicag.az

5817
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv