!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əfqanıstanda deputata sui-qəsd edildi

!Reklam – Yazi

Əfqanıstanın paytaxtı Kabil şəhərində növbəti terror aktı törədilib.

Yenicag.az “Tolo News”a istinadən xəbər verir ki, partlayış Spin Kalay meydanında baş verib. Hücumun hədəfi Əfqanıstan parlamentinin üzvü Hacı Xan Məhəmməd Vardakın avtomobili olub.

“Pajvak” agentliyinin verdiyi məlumata görə, millət vəkili yaralanıb. Terror hücumu nəticəsində 9 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

İndiyə qədər heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

www.yenicag.az

427
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv