Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salındı

media-hightechnic-468x90

Əfqanıstanda qızlar üçün nikah yaşı faktiki olaraq doqquz yaşa endirilib.

media-banner_tkm

Yenicag.az “The Times” qəzetinə istinadən xəbər verir ki, bu dəyişiklik “Ərlə arvadın məhkəmə qaydasında ayrılması məcəlləsi”ndə əks olunub. Qərar “Taliban” hərəkatının lideri Heybətullah Axundzadə tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minib.

Sənəddə qızların nikaha daxil olması üçün icazə verilən yaş həddi yenidən şərh olunaraq birbaşa cinsi yetkinlik dövrünün başlanması ilə əlaqələndirilib. Qəzet qeyd edir ki, qızlarda həddi-buluğa çatma dövrü səkkiz yaşdan başlaya bilər. Yerli şəriət ənənələrinə əsasən isə evlilik üçün minimum yaş həddi doqquz yaş kimi müəyyən edilib.

Bundan əvvəl Əfqanıstanda rəsmi nikah yaşı qızlar üçün minimum 16, oğlanlar üçün isə 18 yaş hesab olunurdu. 16 yaşdan kiçik qızların evlənməsinə yalnız atalarının, babalarının və ya məhkəmənin xüsusi icazəsi ilə yol verilirdi./Oxu/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05