Əfsanəvi boksçunun səhhəti pisləşib
Əfsanəvi boksçu Məhəmməd Əlinin durumu yaxşı deyil və indi, ümumiyyətlə, danışa bilmir.
30 ildir parkinson xəstəliyindən əziyyət çəkən məşhur idmançı səhhətindəki problemlər səbəbindən özü haqda çəkilən “İ am Ali” (“Mən Əliyəm”) filminin premyerasına da qatıla bilməyib.
M.Əlinin qardaşı Rəhman məlumatları təsdiqləyib. O həmçinin qeyd edib ki, Məhəmməd Əli filmdə çəkilməsə də, ona dəstək verib.
Əfsanəvi boksçunun qızı Məryəm atasının durumunun yaxşı olmadığını söyləyib. Amma o, Məhəmməd Əlinin ölüm ayağında olması ilə bağlı iddiaları təkzib edib.
Qeyd edək ki, M.Əli 1984-cü ildən parkinson xəstələyindən əziyyət çəkir.