“Əgər bu sepratçılar silahı yer qoyub, …“
Ukrayna müxalifətinin liderlərindən olan Vitaliy Kliçko ölkənin şərq bölgəsində dövlət strukturlarını zəbt edən separatçılara amnistiya verilməsinin tərəfdar olduğunu bəyan edib.
Kliçko bu addımı ölkədə yaranmış böhranın sülh yolu ilə həll olunması məqsədi ilə atdığını deyib. O deyib ki, əgər bu sepratçılar silahı yer qoyub, irəli sürdükləri tələblərdən imtina edərlərsə, belə bir qərara səs verməyə hazırdır.
Kliçko onu da əlavə edib ki, bu separatçılar silahı yerə qoymayıb, tələblərindən geri çəkilməyəcəksə, o zaman hər hansı amnistiyadan söhbət gedə bilməz(avropa.info).