“Rusiya mümkün nüvə silahından istifadə edəcəyi təqdirdə, ABŞ Putinə sui-qəsd edə bilər”.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Trampa yaxınlığı ilə tanınan Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton iddia edib.
O, İran İnqilab Keşikçiləri Korpusunun lideri Süleymanini nümunə kimi göstərib.
“Putini ələ keçirə bilərlər və o da bunun fərqindədir. İranda soruşa bilərsiniz, biz kiminsə ABŞ üçün təhlükə olduğuna qərar verdikdə nə baş verir. Qasım Süleymani buna ən gözəl misaldır”.
www.yenicag.az