Azərbaycan–Gürcüstan–Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü başlayıb
İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin üçtərəfli görüşü başlayıb.
Yenicag.az xəbər verir ki, APA-nın Türkiyə bürosunun xəbərinə görə, görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili iştirak edir. Ç
Görüşdən sonra nazirlərin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.













