Şamil Əzizov nazir müşaviri təyin edildi
Şamil Əzizov ekologiya və təbii sərvətlər nazirinə müşavir təyin edilib.
Yenicag.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, Şamil Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun oğludur.
Ş.Əzizov bundan əvvəl Heydər Əliyev Mərkəzində direktorun köməkçisi, həmçinin Heydər Əliyev Fondunun icraçı direktorunun köməkçisi vəzifələrində çalışıb.
Mayın 22-dən etibarən isə ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsində işləyir.













