Əhali içki və siqaretə 2 milyard manat xərclədi

media-hightechnic-468x90

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 1 milyard 940.4 milyon manat xərclənib.

Yenicag.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,4% artıb.

Qeyd edək ki, cari ilin təkcə sentyabr ayında sözügedən göstərici 202.4 milyon manat təşkil edib.

Xatırladaq ki, hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 503,8 manatlıq, o cümlədən 275,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 228,6 manatlıq qeyri-ərzaq malları alıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa