Əhməd Davudoğlu: “Heç kim bizdən üzr gözləməsin”

media-hightechnic-468x90

4ced81e796514c433e9a1dbaf16a1569“Rusiya təyyarəsinin vurulması özünümüdafiə addımı idi, ordumuz vəzifəsini yerinə yetirdi”

“Heç bir dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirdiyi üçün üzr istəməz”.

Bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi görüşdən sonra deyib. Ə. Davudoğlu bildirib ki, Türkiyənin hava məkanı ölkənin suverenliyinin bir hissəsidir: “Rusiya təyyarəsinin vurulması özünümüdafiə addımı idi. Heç bir ölkə öz vəzifəsini yerinə yetirdiyi üçün üzr istəməz. Ordumuz öz vəzifəsini yerinə yetirdi. Heç bir ölkə öz işimizi yerinə yetirdiyimiz üçün bizdən üzr gözləməsin”.

Ə. Davudoğlunun sözlərinə görə, Türkiyənin gərginliyi artırmaq niyyəti yoxdur: “Hər səviyyədə Rusiya ilə görüşlərə hazırıq”(APA)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600