Ekvadorda güclü zəlzələ – Ölü sayı 533-ə çatıb – Yenicag.Az

Reklam

Reklam

41 öle zelzele 17Ekvadorda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 533 nəfərə çatıb.

Bu barədə ölkə prezidenti Rafael Korrea məlumat verib. Onun sözlərinə görə, Tarki-de-Manta rayonunda binaların çoxu tamamilə dağılıb:
`Yaralıların sayı barədə dəqiq məlumat yoxdur. Hələ axtarışlar davam edir`.

Hökumət təbii fəlakətin nəticələrinin aradan qaldırılması və xilasetmə işlərinə 10 min əsgər və 3500 polis cəlb edib. Ölkədə fəaliyyət göstərən mobil operatorlar isə müştərilərinin qısa mesaj xidmətindən pulsuz istifadə edə biləcəkləri barədə məlumat yayıb.
Qeyd edək ki, aprelin 16-ı Ekvadorda Rixter cədvəli üzrə 7,8 gücündə zəlzələ baş verib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 80
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."