Əl-Küveyt hava limanı fəaliyyətini bərpa edir

media-hightechnic-468x90

Əl-Küveyt Beynəlxalq Hava Limanı iyunun 1-dən etibarən fəaliyyətini mərhələli şəkildə bərpa edəcək.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Küveyt Mülki Aviasiya Baş İdarəsinin rəhbəri Şeyx Həmud Mubarək Al Sabah bildirib.

Qeyd edib ki, hava limanının əməliyyat infrastrukturu və sistemlərində aparılan təmir və yenidənqurma işləri artıq başa çatıb, həmçinin aeroportun texniki hazırlıq səviyyəsi artırılıb.

Baş idarə rəhbərinin sözlərinə görə, uçuşların bərpası texniki və əməliyyat hazırlığını nəzərə alan xüsusi plan əsasında mərhələli qaydada həyata keçiriləcək. Məqsəd hava hərəkətinin davamlılığını və sərnişinlərin təhlükəsizliyini təmin etməkdir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05