“Əl-Qaidə” lideri məhv edildi

media-hightechnic-468x90

img1742198Parisdə “Charlie Hebdo” satirik jurnalının redaksiyasına terror hücumu təşkil edən “Əl-Qaidə” lideri ABŞ pilotsuz təyyarəsinin endirdiyi raket zərbəsi nəticəsində öldürülüb.

Yenicag.az virtualaz.org-a  istinadən xəbər verir ki, Nasr əl-Ansi bu ilin aprelində Yəmənin Liman şəhəri Mukallaya endirilən raket zərbəsi nəticəsində məhv edilib. Terrorçunun məhv edildiyini “Əl-Qaidə Məğribdə” terror qruplaşmasının saytı təsdiq edir. Bildirilir ki, raket zərbəsi nəticəsində terrorçunun oğlu və bir neçə tərəfdaşı da öldürülüb. Nasr əl-Ansi “Charlie Hebdo” qətliamına görə məsuliyyəti üzərinə götürmüşdü. Amerika tərəfi hələlik onun öldürüldüyünü rəsmən təsdiq etməyib. Bu ilin yanvarında Məhəmməd peyğəmbərin karikaturalarını dərc edən “Charlie Hebdo” jurnalının redaksiyasına basqın edən iki silahlı jurnalın əməkdaşlarından 10-unu və 2 polisi qətlə yetirib. Terrorçular xüsusi əməliyyat zamanı öldürülüb. Onların “Əl-Qaidə”nin Yəmən qruplaşmasından təlimat aldığı üzə çıxıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600