!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əlcəzair Fransada saxlanılan 24 şəxsin cəsədini geri qaytarır - 170 il sonra

!Reklam – Yazi

Əlcəzair və əlcəzairlilər bu cümə günü Əlcəzair hərbi hava qüvvələrinə məxsus hərbi təyyarənin göyərtəsində gələn milli müqavimət hərəkatının lider və onlara yoldaşlıq etmiş şəxslərdən 24-nün cəsədini qarşılmağa hazırlaşır.

Bu böyük şəhidlərin dəfnlə bağlı təbii və insani haqlarından məhrum olmasından 170 il keçir. Bu hadisə Parisdə yerləşən “İnsan Muzeyi” ndə (Le Musée de l’Homme) cəsədlərin qorunduğu və nümayiş etdirildiyi Fransa ilə uzun danışıqdan sonra baş verir. Bu şəhidlər cavan yaşlarında sahib olduqları ən qiymətli həyatlarını Əlcəzairi 132 il davam edən Fransa işğalından azad etmək naminə fəda etdilər.

Dünən Əlcəzair Prezidenti Abdel Məcid Tabun Milli Ordu zabitlərinin təltifetmə mərasimi zamanı etdiyi çıxışda “bütün şəhidlər bir-birinə qovuşur” ifadəsini deməklə bu qəhrəmanların sevdikləri torpağa geri döndüyünü elan etdi. O, bu münasibətlə – Şəhidlərimizin ruhunu və inqilabın simvollarını himayə etmək və heç bir şəkildə tarixi və mədəni irsimizin heç bir hissəsini gözardı etməmək ən müqəddəs vəzifələrimizin mərkəzində durduğunu əlavə etdi.

Eyni zamanda yalnız keçmişlə yaşamamalı, həmçinin tariximizi bütün təfərrüatları, faciələri və xoş günləri ilə yad etməyimiz milli yaddaşımızı qorumaq, hazırki vəziyyətimizin müsbət və çatışmayan cəhətlərini müəyyən etmək məqsədini güdür. Bu, övladlarımızın və nəvələrimizin millətin əsaslarına, dəyərlərinə və mənəviyyatına hörmət edən güclü bir şəxsiyyətlə firavan və etibarlı bir gələcək qurmasını təmin edəcəkdir.

Əlcəzairli Prezident çıxışında qeyd etdi ki:

“Cəsədləri qayıdan qəhrəmanların içində müstəqillikdən sonra “Aliyə” qəbristanlığında dəfn edilmiş milli lider və əmir Əbdülqadir Mühyiddinin başçılıq etdiyi milli müqavimət hərəkatında iştirak edənlər vardır. Onların adları Lala Fatimə Nasumer, Bomuizzə, əl-Məqrani, Sidi Şeyx, Nasir ibn Şöhrə və Bəşuşə övladlarının inqilabı, Auras üsyanı və 1945-ci il may yürüşləri şəhidlərinin siyahısına əlavə ediləcəkdir ki, işğalçı qüvvələrin belini qıran, Əlcəzairi yenidən beynəlxalq mərasimlərdə müstəqil və suverən dövlətə həmçinin, azadlıq, istiqlaliyyət və suverenliyi geri qaytarmaq istəyən mübariz xalqlar üçün nümunəyə, bununla yanaşı hesablaşılacaq regional bir qüvvəyə çevirəcək “əzəmətli noyabr” inqilabını həyata keçirsin. Koronavirus pandemiyası karantin rejminə səbəb olduğu üçün əlcəzairlilər müqavimət göstərmiş şəhidlərin qalıqlarının vətənə geri qaytarılmasını qeyd etmək üçün eyvanlarına razılaşdırılmış vaxt vurmuşdur.”

COP29

www.yenicag.az

887
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv