Elçibəyi ABŞ devirib? – Amerikalı “hə”, azərbaycanlı “yox” deyir

media-hightechnic-468x90

elcibeySülhəddin Əkbər: “ABŞ əksinə, həmin dövrdə milli hakimiyyəti müdafiə edib”

Nüfuzlu amerikalı politoloq, bir sıra məşhur kitabların və təhqiqatların müəllifi kimi tanınan Uilyam Enqdal belə hesab edir ki, 1993-cü ildə Elçibəy hakimiyyətinin devrilməsində ABŞ-ın əli olub. Rusiyanın “Pravda” qəzetinin məlumatına görə, politoloq son məqaləsində bu məsələ ilə bağlı fikirlərini bölüşüb:

“1990-cı illərin əvvəllərində Dik Çeyninin (ABŞ-ın vitse-prezidenti olub -red.) ”Hulliburton” şirkəti Azərbaycanın, Qazaxıstanın və bütün Xəzər dənizi hövzəsi şelf neftinin potensialını qiymətləndirərək belə qənaətə gəlmişdi ki, bu region bazar qiyməti ilə bir neçə trilyon dollarlıq “yeni Səudiyyə Ərəbistanı” deməkdir. Odur ki, ABŞ və Böyük Britaniya tam qətiyyətlə çalışırdılar ki, Rusiyanı belə neft sərvətinə buraxmasınlar. Vaşinqtonun ilk hədəfi də bu məqsədlə Azərbaycanın seçilmiş prezidenti Əbülfəz Elçibəyə qarşı çevriliş hazırlamaq oldu. Onun yerinə Amerikaya münasibətdə daha dostcanlı olan, Bakı-Tiflis-Ceyhan “siyasi” neft kəmərini idarə edən bir prezidentin gəlməsini istəyirdilər”.

Yenicag.az-a açıqlamasında Azad Demokratlar Partiyasının sədri, Elçibəy hakimiyyəti dönəmində milli təhlükəsizlik nazirinin müavini olan Sülhəddibn Əkbər isə amerikalı politoloqun dediklərinin həqiqəti əks etdirmədiyini bildirdi: “Həmin dövrdə hakimiyyətdə də çevrilişin kimlər tərəfindən hazırlandığı barədə müəyyən məlumatlar olub. Amma burada söhbət çevrilişdə neft şirkətlərdən birinin aktiv iştirakından gedib. Bütövlükdə, ABŞ hökumətinin həmin çevrilişdə əli olmasından isə söhbət getmir. ABŞ əksinə, həmin dövrdə milli hakimiyyəti müdafiə edib. 1993-cü ilin iyun çevrilişində heç kimə sirr deyil ki, əsas rolu Rusiya oynayıb, İran isə dəstək verib. Eyni zamanda bp və “Lukoyl” kimi neft şirkətlərinin də prosesdə iştirakı olub”.

ELÇİN

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600