Elçin Behbudov səhhəti ilə bağlı yayılan xəbərləri təkzib etdi

media-hightechnic-468x90

img1729977Yenicag.az xəbər verir ki, İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov səhhəti ilə bağlı Hafta.az-a açıqlama verib.

O bidirib ki, bir neçə gün öncə mətbuatda onun hərbi hospitala yerləşdirilməsi ilə bağlı yayılan xəbərlər yalandır:

“Yazırlar ki, Elçin Behbudovun vəziyyəti ağırlaşır. Bu artıq bir cəfəngiyyatdır. Hər bir insan müəyyən zaman kəsiyində tibbi müayinə olunmalıdır. Məndə də bir balaca “şəkər” olduğu üçün tibbi müayinədən keçirəm. Hazırda ev şəraitində dərmanlarımı qəbul edib, müalicəmi davam etdirirəm”.

E.Behbudov yaxın günlərdə saxlanma yerlərində monitorinqlərə də başlayacaqlarını söyləyib:

“Yaxın günlərdə Dövlət Miqrasiya Xidməti Mərkəzinin saxlanma yerinə, Şəki, Beyləqandakı saxlanma yerlərinə gedərək monitorinq keçirəcəyik. Monitorinqlər ya Novruz Bayramından əvvəl, ya da dərhal sonra baş tutacaq”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600