Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Elçin Əlibəylinin xanımı od püskürdü: “Maral bədənini şişirdən oğlanlarla “rumka-rumka”ya vuranda...”

Tanınmış teleaparıcı Elçin Əlibəylinin “Space” Televiziyasında yayımlanan “El bizim, sirr bizim” adlı verilişində müğənni Maral Tahirqızı ilə yaşanan qarşıdurma cəmiyyətdə birmənalı qarşılanmayıb. Buna görə, aparıcı sosial şəbəkədə kəskin iradlara və təhqirlərə məruz qalıb.

Yenicag.az-a açıqlama verən verilişin baş redaktoru və eyni zamanda. E.Əlibəylinin xanımı Dilrubə Əlibəyli məsələyə münasibət bildirib:

“Birincisi verilişin qonaqlarını aparıcı deyil, biz müəyyən edirik. Qaldı ki, Elçinin həmin qadını efirdən qovması və təhqir etməsi ilə bağlı yazılan şərhlərə, əsası olmayn sözlərdir. Elçin Maral Tahirqızının şəxsiyyətini təhqir etməyib, deməyib ki, qadın olaraq üz qarasısan, deyib ki, sən sənətin üz qarasısan, get özünə başqa iş tap. O Maral Tahirqızını verilişdən qovmayıb, özü dedi ki, gedirəm, Elçin də ona etiraz etmədi. İndi sosial şəbəkədə “məni verilişinə çağır, sənə qonaqlıq verəcəyik” deyən adamlar şərh yazırlar ki, sənin verilişinə heç vaxt getmərik. Onlar guya Maralın müdafiəsinə qalxıblar. Maral Tahirqızını müdafiə edən insanlara səslənirəm;siz yaxşı bilirdiniz ki, o qadın üç il həbsdə niyə yatıb?Belə maralsevən idinizsə, niyə onu türmədən çıxarmaq üçün mübarizə aparmırdınız? İnstaqramda paylaşımlara baxın, bədənini şişirdən oğlanlarla “rumka-rumka”ya vuranda, kişilər onunla məzələnəndə niyə səsiniz çıxmırdı ki, ayıbdır, qadına qarşı niyə belə hərəkət edirsiniz? Çünkı qorxurdunuz. Amma Elçinin sənətlə bağlı bir sözünə görə, az qala topa tuturlar”.

D.Əlibəyli həyat yoldaşının ölümlə hədələndiyini də deyib:

“Elçinə hədə-qorxu gəlirlər. Damlaya, Talıb Talehə görə Elçini hədələyirlər. Yazırlar ki, başını kəsərik, səni öldürərik, yox edərik. Bu mesajların hamısı bizdədir. Elçin beş kitab müəllifidir, peşəkar televiziya mütəxəssisidir, küçədən keçən adamlar ona televiziya dərsi keçir. Əgər o hansısa tənqidi fikirlərini söyləyirsə, bunu peşəkar nöqteyi-nəzərdən deyir. O heç kimi təhqir etmir, amma insanlar onu təhqir edir”.

D.Əlibəyli həyat yoldaşının xalq artisti Rasim Balayevlə bağlı fikirlərinin də insanlar tərəfindən yanlış anlaşıldığını bildirib: “Elçin Əlbəyli Rasim Balayevin aktyorluğu barədə danışmayıb. O və ailəsi hər zaman Rasim Balayev sənətinə və şəxsiyyətinə qarşı hörmətlə yanaşıb. Sadəcə olaraq, televiziya mütəxəssisi kimi xalq artistinin telekanallarda aparıcı və müğənnilərin davranışına dair söylədiyi tənqidi fikirlərini cavab verib”.

Cəvahir

www.yenicag.az

5088
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS