!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elektron reseptə tam keçid niyə reallaşmır? - VİDEO

!Reklam – Yazi

Elektron resept sisteminə tam keçid prosesi ləng gedir. Həkimlər hələ də kağız reseptdən istifadə edirlər.

Ötən ilin yanvar ayının 1-dən etibarən ölkədə reseptlərin elektron qaydada yazılması nəzərdə tutulmuşdu. Bu qərar xəstələrin məlumatlarının mərkəzləşdirilmiş sistemdə toplamasını, reseptlərin düzgünlüyü və şəffaflığını təmin etməyi hədəfləyirdi. Lakin bir çox tibb müəssisələrində hələ də reseptlərin kağız formada verildiyi müşahidə edilir.

Əksər apteklərə də ümumiyyətlə elektron qaydada resept təqdim edilməyib. Bəzilərində isə əksinə, belə müraciətlər artıb.

Səhiyyə Nazirliyindən isə “Xəzər Xəbər”ə bildirilib ki, tabeliklərində olan bütün tibb müəssisələrində artıq reseptlər pasiyentlərə yalnız elektron formada təqdim edilir. Digər səhiyyə qurumları və tibb müəssisələrinə isə “Elektron resept” sistemindən istifadənin vacibliyi və “Elektron resept” sisteminə keçidin təmin edilməsi ilə bağlı sirkulyar məktublar göndərilib. Hər bir vətəndaş müalicəni təyin edən həkimdən “Elektron resept” yazılmasını tələb etmək hüququna malikdir. Müalicəni təyin edən həkimlər isə elektron resept sistemini tətbiq etməyə təşəbbüs göstərməli və resepti pasiyentə elektron qaydada təqdim etməlidirlər. Elektron reseptin tətbiqi ilə bağlı tibb müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır. Həkimlər “Elektron resept” yazmaqdan, apteklər isə dərman vasitələrini bu resept əsasında buraxmaqdan imtina etdikləri təqdirdə, vətəndaşlar Rəqəmsal Səhiyyə Mərkəzinin nəzdində fəaliyyət göstərən “Qaynar xətt” nömrələri ilə əlaqə saxlaya bilərlər.

www.yenicag.az

73
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv