!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elektron ticarətə koronavirus TƏKANI: “İnsanlar bazarlardan tamamilə çəkilirlər”

!Reklam – Yazi

“Koronavirus pandemiyası fonunda elektron ticarət platformalarının aktivliyi ciddi fəsadlara yol aça bilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında koronavirus pandemiyasının elektron ticarətin inkişafına mümkün təsirlərini şərh edən iqtisadçı Fuad İbrahimov deyib.

Fuad İbrahimovun sözlərinə görə, koronavirus pandemiya miqyası aldıqdam sonra elektron ticarət platformalarının aktivliyi 50 faizdən çox artıb:

“Pandemiyanın beynəlxaq aləmdə yaratdığı mövcud vəziyyət insanlar arasında qənaətcillik paradoksu yarada bilər. Bu paradoks yarananda isə insanlar bazarlardan tamamilə çəkilirlər. Lakin bu vəziyyət ciddi fəsadlara səbəb ola bilər”.

Bu tendensiyanın Azərbaycan iqtisadiyyatına təsirlərinə toxunan Fuad İbrahimov qeyd edib ki, ölkəmizdə elektron ticarət hələlik geniş yayılmayıb:

“Bu baxımdan, onlayn ticarətin ölkə iqtisadiyyatına mənfi və ya müsbət təsirindən danışmaq çətindir.

Lakin son zamanlar elektron ticarətə meyllənən vətəndaşların sayı artmaqdadır. Düşünürəm ki, yaxın gələcəkdə bu ticarət formaslna qoşulanların sayı daha da çoxalacaq”.

Gülşən Şərif

COP29

www.yenicag.az

1251
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv