“Elfsborq”la oyun öncəsi “Qarabağ”da daha bir itki

media-hightechnic-468x90

“Qarabağ”ın 3 futbolçusu UEFA Avropa Liqasının əsas mərhələsində İsveçdə “Elfsborq”la keçiriləcək VI tur oyununda iştirak etməyəcək.

Klubdan Yenicag.az-a verilən məlumata görə, Aleksey İsayev və Kevin Medinadan sonra Bəhlul Mustafazadə də sıradan çıxıb. Oyunun hazırlığı zamanı zədələnən müdafiəçi sabahkı görüşü buraxacaq. İsayev qasıq nahiyəsindən əməliyyat olunub, Medinaya baldır əzələsinin gərilməsi diaqnozu qoyulub. Mustafazadədə isə bud arxa əzələsinin gərilməsi üzündən təxminən 4-6 həftə yaşıl meydanlardan kənar qalacaq.

Qeyd edək ki, dekabrın 13-də keçiriləcək “Elfsborq” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600