Əli Abbasov çinə gedir

media-hightechnic-468x90

52718Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov sentyabrın 10-12-də Çin Xalq Respublikasının Tiançin şəhərində Dünya İqtisadi Forumunun Asiya Regional Sammitində iştirak edəcək.

Elmi-texniki nailiyyətlərin iqtisadiyyatda tətbiqi, innovativ sahibkarlıq, xüsusilə də İKT-nin inkişafı, yüksək texnologiyaların iqtisadi inkişafa təsiri və bu sahələrdə hökumətin rolu kimi məsələlər müzakirə olunacaq.

Sammit çərçivəsində iştirakçılara Azərbaycanda rabitə və yüksək texnologiyalar sahəsində aparılan islahatlar və əldə olunmuş nailiyyətlər haqda ətraflı məlumat təqdim ediləcək. Müxtəlif mövzularda fikir mübadiləsi aparılacaq, həmçinin Azərbaycan üçün prioritet hesab olunan və BMT-nin Baş Assambleyasının qətnamələri ilə siyasi dəstək almış “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) və ölkəmizin təşəbbüsü ilə yaradılan “Avrasiya Rabitə Alyansı” (Eurasian Connectivity Alliance -EuraCA) kimi beynəlxalq layihələrin dəstəklənməsi və reallaşdırılması ilə bağlı danışıqlar aparılacaq.

Tədbir zamanı panel iclaslarda iştirak etməklə yanaşı, nazir Əli Abbasov digər ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirəcək. Nazir həmçinin, ölkələr arasında müvafiq sahələr üzrə əlaqələrin inkişafı və yeni əməkdaşlıq imkanlarını müzakirə edəcək.

Bundan əlavə, nazir Ə. Abbasov BMT-nin Baş katibi yanında yaradılan Genişzolaqlı İnkişaf üçün Komissiya ilə birlikdə 2015-ci il yanvarın 22-də Davosda keçirilməsi planlaşdırılan sessiyaya hazırlıq və Beynəlxalq Telekommunikasiya İttifaqı ilə birgə bu ilin dekabrın 2-də Bakıda keçiriləcək “Bakutel-2014” sərgi- konfransı ilə bağlı müzakirələrdə iştirak edəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600