Əli Əsədov tapşırıqlar verdi

media-hightechnic-468x90

İqtisadi Şuranın növbəti iclası keçirilib.

Bu barədə Yenicag.az-a Nazirlər Kabinetindən məlumat verilib.

İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində ortamüddətli dövr üzrə makroiqtisadi sabitliyin və dayanıqlı iqtisadi inkişafın təmin olunması üçün Tədbirlər Planı, dəstəkləyici iqtisadi siyasət alətləri, büdcə siyasəti və habelə digər prioritet məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümovun və iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzəsi dinlənilib.

Təqdim olunan iqtisadi siyasət gündəliyinə dair İqtisadi Şuranın üzvləri tərəfindən geniş müzakirələr aparılıb.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600