Əli Hacıya qarşı dələduzluq iddiası: Torpaq sahəsi 180 min manata satılıb
Dünya Azərbaycanlıları Konqresinin Avropa ölkələri üzrə koordinatoru, ictimai xadim və sufi şairi Əli Hacı Ağayevliyə qarşı növbəti dələduzluq əməli törədilib.
Yenicag.az xəbər verir ki, iddialara əsasən, etibar münasibətləri çərçivəsində adına keçirilmiş torpaq sahəsi makler Vədadi Bayramov tərəfindən satılıb.
Bildirilir ki, izi itirmək məqsədilə həmin şəxs torpaq sahəsinin satışı üçün yaxın dostuna etibarnamə verib. Nəticədə torpaq sahəsi 32 saylı notariat kontorunda 180 min manat məbləğində başqa bir şəxsə rəsmiləşdirilərək satılıb.
Hazırda faktla bağlı araşdırma aparılır və məsələ istintaq materialı olduğuna görə əlavə detallar açıqlanmır.
Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumatın veriləcəyi gözlənilir.
Qeyd edək ki, bu iddia barədə Vədadi Bayramova yazsaq da heç bir cavab ala bilmədik./XəzərNews.az/












