Əli Həsənov: “Avropa parlamentində ikili standartlar hökm sürür”

media-hightechnic-468x90

elihesenov_2013“Avropa parlamenti “erməni soyqırımı”nı tanıması haqda qərar qəbul etdi. Bu qərar Avropa parlamentinin ən mənfi təzahürlərindən birini nümayiş etdirdi. Bu faktiki olaraq onu göstərdi ki, hazırda Avropanın mühüm qurumlarında, o cümlədən Avropa parlamentində və Avropa parlamentinin təşəbbüsü ilə yaradılan digər beynəlxalq qurumlarda ikili standartlar hökm sürür”.

Bunu Prezidentin köməkçisi, Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Əli Həsənov bildirib ki, neçə illərdir biz faktiki olaraq, hələ yarası sağalmamış Xocalı soyqırımı ilə bağlı bütün dünya ölkələrinə, o cümlədən Avropa ölkələrinə real həqiqətləri, ermənilərin son 200 ildə Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı hadisələrini real faktlarla, tarixi həqiqətlərlə çatdırırıq: “Amma, bunun qarşılığında hələ də Avropa ölkələrindən və o cümlədən Avropa ölkələrini təmsil edən Avropa parlamenti, Avropa Şurası və digər qurumlardan lazımı effektli bir qərar ala bilməmişik: “1915-ci ildə Türkiyə ərazisində erməni soyqırımı olmayıb, sadəcə olaraq, müharibə şəraitində orada yaşayan ermənilər türk ordusunun arxa cəbhəsində üsyan qaldırmış və türklərə qarşı müxtəlif şəhər və qəsəbələrdə müxtəlif qeyri-insani aksiyalara həyata keçiriblər”.

Ə.Həsənovun sözlərinə görə, türk ordusu isə həmin o müsəlmanları müdafiə etmək üçün lazımı tədbirlər görüb: “Ermənilərin bu və ya digər ərazilərə köçürülməsi də, heç bir soyqırımı hadisəsi ilə müşahidə olunmayıb. Sadəcə olaraq, müharibə dövrünün tələblərinə uyğun həyata keçirilən aksiyalar idi. Bu gün isə reallığı təhrif edərək, heç bir tarixi fakta istinad etmədən, o dövrün arxiv materiallarını araşdırmadan bir qrup siyasətçinin, bir qrup deputatın bu məsələyə qiymət verməsi hesab edirik ki, subyektivdir, subyektiv mülahizələrə söykənir, anti-müsəlman, anti-türk ovqatından qaynaqlanır və müasir dünyada hökm sürən, xüsusən də, Avropa məkanında hökm sürən ikili standartların nəticəsidir. Bunlar pislənilməlidir. Tərəqqipərvər bəşəriyyət bilir ki, belə hadisələr olmayıb. Belə hadisə yalnız ayrı-ayrı dairələrin yürütdüyü siyasətin nəticəsi olaraq meydana çıxıb”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600