“Regionlarda peşəkar teatr dərsləri” layihəsi çərçivəsində Qusarda ustad dərsi keçirilib

media-hightechnic-468x90

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Regionlarda peşəkar teatr dərsləri” layihəsi çərçivəsində iyulun 15-də Qusar Dövlət Ləzgi Dram Teatrında “Danışan bədən: bədənin ideya və sözlə sinxronlaşdırılması” mövzusunda ustad dərsi təşkil olunub.

media-banner_tuq

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən ustad dərsi aktyor, rejissor Ceyhun Dadaşov və MEMİM-in əməkdaşı teatrşünas Dağlar Yusif tərəfindən aparılıb.

Ustad dərsi zamanı səhnədə söz və bədənin dilinin uyğunlaşması, psixofiziki bütövlüyün əldə edilməsi, daxili impulsun fiziki ifadəyə çevrilməsi və aktyor plastikasının formalaşdırılması ilə bağlı praktik məşğələlər icra edilib.

Teatr kollektivinin həvəslə iştirak etdiyi dərsdə C.Dadaşov və D.Yusif tərəfindən müəllifin qayəsi və aktyor oyunu, səhnə mədəniyyəti və s. məsələlərə toxunulub, bir sıra səhnə hərəkətləri real icra olunub.

Qeyd edək ki, 2024-cü ilin oktyabr ayından təşkil olunan layihə teatr kollektivlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, regionlarda aktiv yaradıcı mühitin formalaşdırılması, teatr sənəti ilə bağlı müasir tendensiyaların diqqətə çatdırılması məqsədi daşıyır. Layihə ötən il Lənkəran Dövlət Dram Teatrında, Qax Dövlət Gürcü Dram Teatrında, Qazax, Ağdam və Füzuli Dövlət Dram teatrlarında uğurla həyata keçirilib.

media-93010e48-1589-4d60-b9a8-8886b491d1be media-f9967007-5613-4afd-aba5-44324cbe69d2 media-d5e6b8db-45db-4e43-9949-c79ba4f8c74a media-f150bdb5-e87a-4d40-8254-05641c2f24a7 media-1a496278-aa63-4a93-ba25-a5ed8e64f98c media-14aa9737-2521-4274-969c-57f16165351e media-903df9a5-7450-4b28-9fab-09add3c95ec8 media-6d932cbf-8633-4264-a321-f302c32fc48e media-22eb8492-01cb-4278-904c-ebd48707a25b media-75a0084c-91b6-4e7e-8114-e8f4c4ca4032 media-4349e9bd-4908-4aec-83e3-de57a8e56b46 media-6096592f-0c32-41ca-ac19-6bcc06e5dde0 media-be3dae72-5781-429e-be72-caee4e774c04 media-2abfe336-868c-49fc-94e5-0c18c03e4649 media-a4483ef0-5bc3-416b-bb4f-4688d9aa5c91 media-aa4e7239-5e67-4cef-9ca9-702a0334a1c4 media-8997e46c-b373-4e9e-912e-4122b80c2b81 media-8997e46c-b373-4e9e-912e-4122b80c2b81

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05