!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əli Həsənovun KİV-ə xəbərdarlığı…” – Fikrət Yusifov

!Reklam – Yazi

fikret_esas“Ayrı-ayrı fərdlərin və media orqanlarının cəmiyyətə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar ötürməsi təkcə bu günün mənzərəsi deyil”

“Cənab Əli Həsənovun KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən sui-istifadə hallarına yol verən media orqanlarına ünvanladığı xəbərdarlıq, yaranmış vəziyyətə adekvat münasibətdir.  Biz vətəndaş cəmiyyətinin təmsilçisi olaraq Prezident köməkçisinin olduqca yerinə düşən reaksiyasını və bilavasitə dövlət maraqlarından irəli gələn mövqeyini dəstəkləyir, ifadə olunmuş narahatlığı bölüşürük”.

Bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun xüsusilə internet media orqanlarında müxtəlif dövlət strukturlarının rəhbərləri və əməkdaşları haqqında həqiqətə uyğun olmayan, əsassız, qərəzli, və şantaj xarakterli  məlumatların yayılması ilə əlaqədar verdiyi müsahibədəki fikirlərə münasibət bildirərkən deyib.

F.Yusifov qeyd edib ki, bəzi KİV-lərin davranışında həqiqətən də dövlətin maraqlarına xələl yetirəcək  məqamlar var və bu proses təhlükəli bir istiqamətdə inkişaf edir: “Açıq şəkildə müşahidə olunur ki, məlum hadisələrdən sui-istifadə etməyə və ayrı-ayrı media qurumlarını öz oyunlarında alətə çevirməyə çalışanlar var. İstisna olunmamalıdır ki, cəmiyyətə yanlış informasiyalar ötürülməsində və bununla guya hakim komanda daxilində monolitliyin pozulduğuna dair təsəvvürlər yaradılmasında maraqlı olan qüvvələrin arxasında xarici dairələr də dayanıb. Mənşəyi bəlli olmayan, qeyri-rəsmi mənbələrə söykənən informasiyaları dərindən analiz etdikdə aydın görünür ki, yaranmış vəziyyəti “fürsət” bilən dairələr var və onlar sistemli şəkildə yalan informasiyalar hazırlayıb KİV-ə ötürürlər. Qətiyyən şübhə etməməliyik ki, bütün mümkün vasitələrdən istifadə etməklə ölkədəki sabitliyi pozmağa çalışan təxribatçı qüvvələr hazırda hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatların mahiyyəti barədə cəmiyyətə təhrif olunmuş informasiyalar ötürməklə vəziyyəti süni şəkildə gərginləşdirməyə çalışırlar. Yayılan təxribatçı xəbərlərin əsas tezislərinə diqqət etdikdə isə, ana xəttə dayanan əsas fikirləri sezmək çətin olmur.  Bu fikirlər insanlarda hakim komandanın bütün təmsilçiləri barədə ziyanlı qənaətlər yaratmağa yönəlib. Təəssüf edirik ki, bəzi KİV-lər bilərəkdən ya bilməyərəkdən həmin tezislərin tirajlanmasına yaxından iştirak edir və bununla dövlət maraqlarına xələl yetirdiklərinin fərqinə varmırlar. İndiki məqamda hansısa vəzifə sahibinə qarşı şəxsi qərəzi olanlar da xüsusi fəallıqla həmin məmurlar barədə yalan və böhtan dolu xəbərlərin yayılmasına maraq göstərirlər”.

F.Yusifovun sözlərinə görə, Ayrı-ayrı fərdlərin və ya media orqanlarının cəmiyyətə həqiqətə uyğun olmayan, mənşəyi bilinməyən təxribat xarakterli məlumatlar ötürməsi təkcə bu günün mənzərəsi deyil: ““Ekonomiks” BİAB olaraq biz mətbuatdakı çıxışlarımızda dəfələrlə bu mövzunu qabartmışıq. İndi yeri gəlib deyə bir daha vurğulayırıq ki, sözün məsuliyyəti dərk olunmayana qədər ölkədəki söz azadlığı şəraitindən, KİV-lərə çıxış imkanlarının geniş olması faktından sui-istifadə halları aradan qalxmayacaq. Məgər biz təkcə indimi belə bir arzulanmaz vəziyyətlə üzləşmişik?  Yox əlbəttə! Çox da uzağa getmədən təkcə bu ilin fevral ayındakı devalvasiya hadisəsini və onun ətrafında bəzilərinin mediada apardığı kampaniyaları yada salaq. İnsanlara çağırışlar edirdilər, əhaliyə  ölkə iqtisadiyyatının guya tamamilə dağılmaq ərəfəsində olduğunu təlqin edib, bunula hamını valyutadəyişmə məntəqələrinin qarşısına yönəldərək süni növbələr yaratmağa çalışırdılar. İş o yerə çatmışdı ki, əlində cəmi 150-200 manatı olan adamlar da dollar almağa tələsirdilər. Həmin ərəfədə biz bu kimi çağırışları, məqsədli şəkildə yayılan informasiyaları birbaşa dövlətə qarşı yönəlmiş fəaliyyət kimi qiymətləndirib insanlarımızı təxribata uymamağa çağırmışdıq. O vaxt istədiklərinə nail ola bilməyənlər hazırda da analoji fəaliyyət formalarına keçiblər və öz çirkin əməllərini reallaşdırmaq üçün sözün məsuliyyətini dərk edə bilməyən bəzi jurnalistlər və saytlardan istifadə edirlər. Müşahidələrimiz göstərir ki, fevraldakı devalvasiya hadisəsi zamanı və ondan sonrakı dövrdə cəmiyyəti çaşdıran açıqlama və şərhlərlə çıxış edənlər yenidən aktivləşiblər. Sadəcə bu dəfə səylərini hakim komandanın üzvləri, yüksək çinli dövlət məmurları və səlahiyyət sahibləri barədə cəmiyyətdə yanlış təsəvvürlər yaratmağa yönəldiblər. Hətta çoxdandır səsi eşidilməyən, xarici ölkədə oturub burada ara qarışdırmağa çalışanlar da indi mətbuat səhifələrində görünməyə başlayıblar. Onlar həm sözügedən mövzuda, həm də manatın guya növbəti devalvasiyasının qaçılmaz olması barədə təxribat xarakretli açıqlamalar verir və bununla cəmiyyətdə süni gərginlik yaratmağa çalışırlar. Bütün imkanlarını dövlətin maraqlarına qarşı yönəltmiş bu adamlara imkan vermək olmaz ki, öz məqsədlərini rahat şəkildə reallaşdıra və istədikləri açıqlamaları mətbuat vasitəsilə yaya bilsinlər”.

F.Yusifov vurğulayıb ki, media orqanları indiki məqamda məsələlərə olduqca həssas yanaşmalı, əldə etdikləri hər bir informasiyaya xüsusi diqqətlə yanaşmalı və təxribatçı fikirlərinin tirajlanmasına imkan verməməlidirlər: “Hesab edirik ki, Prezident köməkçisi, Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin müdiri cənab Əli Həsənovun KİV orqanlarına ünvanladığı xəbərdarlıq mövcud vəziyyətin tələblərinə tamamilə uyğundur və bundan nəticə çıxarılmalıdır. Ayrı-ayrı sabiq məmurların istintaqa cəlb olunması kiməsə əsas verə bilməz ki, böyük bir komandanın və onun üzvlərinin fəaliyyətinə kölgə salsın. Hər bir şəxs öz əməlinə görə özü cavab verməlidir və başqalarını buna görə ittiham hədəfinə gətirmək olmaz”.

www.yenicag.az

593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv