Əli Kərimlini GÖZLƏYƏN CƏZA: Ömürlük həbs edilə bilər? - Hüquqşünas RƏYİ

media-hightechnic-468x90

“DTX və ya Baş Prokurorluq bununla bağlı rəsmi məlumat verməyib, amma bildiyim qədərilə Əli Kərimli Cinayət Məcəlləsinin 278.1-ci maddəsilə cəlb edilib”.

Bunu AXCP sədri Əli Kərimlinin həbsinin hüquqi aspektlərini dəyərlədnirən hüquqşünas Xəyal Bəşirov Yenicag.az-a açıqlamasında deyib.

X. Bəşirov qeyd edib ki, sözügedən maddə ömürlük cəza tədbiri ehtimalı yaratsa belə, ittiham olunan şəxslər dövlət çevrilişi cəhdini yerinə yetirə bilmədiyi üçün onlaırn ömürlük cəza almaları real görünmür:

“Ümumiyyətlə, Əli Kərimlinin ittiham olunduğu deyilən maddə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin dövlət hakimiyyətinin əleyhinə olan cinayətlər bölməsinə aiddir. Kifayət qədər ciddi, ağır və xüsusilə ağır cinayətlərin olduğu maddələrin aid edildiyi bölmədir. Həmin maddənin özündə isə Azərbaycan Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsi, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər nəzərdə tutulur. Bu maddənin ilk hissəsinə görə 12 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdu tutulub. Hələ ki bu maddə ilə ittiham olunursa, düşünmürəm ki, onun barəsində ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilsin”.

Hüquqşünas hansı halda ömürlük həbs cəzasının gündəmə gələ biləcəyini də açıqlayıb:

“Hələ ki bilinmir, onların ittiham olunduğu maddəyə başqa maddələr əlavə edilcəkmi. Yaxud təqsirləndirilən şəxsləri dairəsi genişlənə, başqa şəxslər də əlavə edilə bilər. Bununla bağlı daha yaxşı olar ki, rəsmi olaraq qurumların mövqeyini gözləyək. Rəsmi olaraq onların barəsində hansı maddələrlə cinayət işi açılması, hansısa maddələrin əlavə edilib edilməməsi məsələsi gündəmə gəlməzsə, o halda ömürlük azadlıqdan məhrum etmə cazəsi da gündəmə gələ bilər. Qeyd etdiyim kimi, onun və bu maddə ilə işə cəlb edilən şəxslərin dövlət çevrilişi cəhdi baş tutmadığı üçün  ömürlük azadlıqdan məhrum etmə cəzası verilməyəcəyini düşünürəm. Hər bir halda ittiham olunduğu maddə çox ağır maddədir”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa