Əliyevlə Sarkisyanın görüş yeri və tarixi açıqlandı

2307589

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan gələn həftə Vyanada görüşə bilərlər.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə İrəvandakı diplomatik mənbə məlumat verib. Danışıqlar zamanı Qarabağ münaqişəsinin həlli yolları müzakirə ediləcək.

Mənbənin sözlərinə görə, görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq.