Diyarbəkirli anaların dağa qaçırılan övladlarına qovuşmaq ümidiylə HDP Diyarbəkir təşkilatının binası qarşısında 3 sentyabr 2019-cu il tarixindən başlanan və 295-ci günü tamam olan etiraz aksiyası davam edir.
Yenicag.az xəbər verir ki, etiraz aksiyası keçirən analardan biri Aytən Elhaman, 3 ildir xəbər ala bilmədiyi oğlu Bayram üçün bu aksiyaya qoşulduğunu deyib.
Elhaman ana “HDP-nin yalanlarına inanmayın, HDP ilə PKK birdir. Analara çağırışım odur ki, gəlsinlər, heç kimdən qorxmasınlar. Dövlətimiz arxamızdadır. Gəlin övladlarınızı axtarın. HDP-nin yalanlarına inanmayın. HDP uşaqları oğurlayıb dağlara qaçırır. Öz uşaqlarını aparsınlar. Əllərini bizim övladlarımızdan çəksinlər. Yüz il də, min il də keçsə övladımı almamış buranı tərk etməyəcəm”, deyə bildirib.
Oğlunu təslim olmağa çağıran Elhaman ana “Oğlum, səni aldadıb apardılar. Sən öz istəyinlə orada deyilsən. Qaç, gəl. Dövlətimizin mərhəmətli əllərinə sığın. Dostların gəldi, sən də gəl, gözləyirəm”, – deyib.
Etiraz aksiyasına qoşulan Aydın Dağtəkin də oğlu Sədat üçün aksiyaya davam edəcəyini deyib: “Oğlumu HDP-dən istəyirəm. Övladımı almamış buradan getməyəcəm. 295 gündür buradayıq, sonuna qədər mübarizə aparacağıq”.
Dağtəkin digər oğlunun da bir neçə ay sonra hərbi xidmətə gedəcəyini vurğulayıb: “Sədat, oğlum, qardaşın vətənə olan borcunu yerinə yetirəcək. Gəl birlikdə hüzurlu olaq. Dövlətə, əsgərə, polisə təslim ol”./Sia.az/
www.yenicag.az