Elmar Məmmədyarov gürcü həmkarı ilə görüşdü

media-hightechnic-468x90

XİN Elmar Məmmədyarov (3)Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 19-20 yanvarda Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili ilə görüşüb.
Yenicag.az  azadinform-a istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etməsi məmnunluqla qeyd olunub. E.Məmmədyarov Azərbaycan və Gürcüstanın strateji tərəfdaşlar olduğunu qeyd edərək, bu əməkdaşlığın hər iki ölkənin müstəqilliyinin möhkəmləndirilməsi və inkişafı baxımdan xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Bakı-Tbilis-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi enerji və nəqliyyat layihələrinin Azərbaycan və Gürcüstan ilə bərabər regionun inkişafı üçün zəmin yaratdığını bildirib. O, Azərbaycana qarşı yürütdüyü işğal və təcavüz siyasətinə görə Ermənistanın bu layihələrdə iştirakdan kənar qaldığını və regional əməkdaşlıqdan bəhrələnə bilmədiyini qeyd edib.
Tamar Beruçaşvili bu səfərin iki ölkə arasında əlaqələrin inkişafı baxımdan əhəmiyyətli olduğunu qeyd edərək, Azərbaycan və Gürcüstan arasında olan əməkdaşlığın strateji xarakter daşıdığını bildirib. İrimiqyaslı enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi istiqamətində iki ölkə arasında olan əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini deyən Berçaşvili bu layihələrin Azərbaycan və Gürcüstanın və regionun inkişafı üçün vacib olduğunu bildirib.
Görüşdə Azərbaycan və Gürcüstanın bir-birilərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədikləri vurğulanıb. Görüşdən sonra nazirlər tərəfindən birgə mətbuat konfransı keçirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600