Elnarə Abdullayeva: “Heç kim ağ atlı oğlan deyil”
“Heç kim ağ atlı oğlan axtarmasın, heç kim ağ atlı oğlan deyil”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Abdullayeva Ülvira Qarayevanın “YouTube” layihəsində deyib.
O, aparıcının “Qızını ərə verəndə qarışdın işinə, fikir bildirdinmi bu olar, bu olmaz?” sualını cavablandırıb:
“Qızımın işinə çox qarışmamışam, amma bir ana kimi demişəm perspektivli oğlan olsun. Sevib ailə qurmayıblar, “ay sevdim”, “ay öldüm” deyə bir şey olmayıb. Bir-birini görüb bəyəniblər. Anası deyib filankəsin qızıdır, mən də demişəm filankəsin oğludur… Baxmışam, görmüşəm bizə bab ailədir. Qızıma demişəm, get, başını aşağı sal dolan. Heç kim ağ atlı oğlan axtarmasın, heç kim ağ atlı oğlan deyil”.
Nehru













