!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Elnarə Abdullayeva KÖVRƏLDİ: “2-3 gün görməyəndə ürəyim partlayırdı”

!Reklam – Yazi

“Həmişə də deyirdi ki, Allah sənin üzünü ağ eləsin, gəlin, mən sənə görə başıdik gəzirəm…”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, Əməkdar artist Elnarə Abdulalyeva efirdə deyib.

O, dünyasını dəyişən qayınatasından danışaraq kövrəlib:

“Bütün insanlara qayınatam kimi insan olmağı arzulayıram. Biz ona “dədə” deyə müraciət edirdik. Atam rəhmətə gedəndə elə bilirdim, dünyanı yığıb aparıb özü ilə. Buna görə də o eşqi, o həvəsi qayınatamla, qayınanamdan alırdım. İki-üç gün görməyəndə həyat yoldaşıma deyirdim ki, dur gedək onları görüm, ürəyim partlayır. Oturub ağlayırdım. Hər dəfə qapıdan içəri girəndə o mənim alnımdan öpərdi. Həmişə də deyirdi ki, Allah sənin üzünü ağ eləsin, gəlin, mən sənə görə başıdik gəzirəm”.

Nehru

www.yenicag.az

227
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv