Elza KİMƏ ƏSƏBİLƏŞDİ? – “O müğənnini dinləməyə ixtiyarın yoxdur”
“Sənin o müğənniləri dinləməyə ixtiyarın yoxdur”.
Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Afaqla 10lar” verilişində müğənni Vasif Məhərrəmliyə xitabən deyib.
Verilişdə müğənni Vəfa Şərifovanın mahnısı səsləndirilib. Aparıcı Afaq mahnının kimə aid olduğunu soruşub. Elza müğənnini tanımadağını və elə mahnılara qulaq asmadığını deyib. Hətta belə mahnıları ondan soruşduğuna görə əsəbiləşib. Vasif Məhərrəmli ifaçının Vəfa Şərifova olduğunu söyləyib.
Bundan qəzəblənən Elza həmkarını sərt tənqid atəşinə tutub:
“Sənin o müğənniləri, o mahnıları dinləməyə ixtiyarın yoxdur. Sən onları tanımamalısan. Amma ad çəkdin, çəkməməliydin. Sənə heç yaraşdırmıram. Hələ bəlkə duet də oxuyarsan”.
Nehru