“Əmək haqqı 5,1 faiz artıb”

media-hightechnic-468x90

2017-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilin müvafiq dövrünə nisbətən 5,1 faiz artaraq 504,8 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əmək haqqı neft sektorunda 3174,4 manat, qeyri-neft sektorunda 440,9 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 378,4 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 683,6 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, tikinti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub. (trend)

 Yeniçağ.az
media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600