Əməkdar artist ARB-dən niyə getdi: “”Məcbur oldum”

Əməkdar artist, aktrisa Xuraman Əlizadə ARB-dən ayrılıb.

Sözügedən telekanalın “Səhər-səhər” verilişində aparıcılığa başlayan aktrisanın qısa müddətdə verilişdən uzaqlaşmasının səbəbini özündən soruşduq.

Yenicag.az-a açıqlama verən X.Əlizadə verilişdən getməsini işlərinin çoxluğu ilə əlaqələndirib:

“İşlərim çoxdur, eyni zamanda seriallara çəkilirəm. Əvvəldən üç gün çəkiliş müddəti nəzərdə tutulmuşdu. Sonradan bu müddət uzadılıb beş gün oldu. Buna görə də məcbur olub verilişdən getməli oldum”.

Cəvahir

COP29