Xalq artistinin baş direktordan GÖZLƏNTİSİ: “Bu məsələni özü üçün prioritet sayacaqsa...”

media-hightechnic-468x90

“Bu gün mənim və bir çox kino xadimlərinin ən böyük arzusu Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının istehsal bazası kimi bərpa olunması və yenidən fəaliyyətə başlamasıdır”.

Bu sözləri Xalq artisti, tanınmış aktrisa Xalidə Quliyeva Yenicag.az-a açıqlamasında “Azərbaycan Respublikası Kino Agentliyinə (ARKA) yeni təyin olunan baş direktordan gözləntiniz nədir” sualını cavablandırarkən deyib.

Aktrisa kino xadimlərinin ən böyük arzusunun tez bir vaxtda yerinə yetiriləcəinə ümid bəslədiyini bildirib:

“Bu gün mənim və bir çox kino xadimlərinin ən böyük arzusu Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının istehsal bazası kimi bərpa olunması və yenidən fəaliyyətə başlamasıdır. Çünki kinostudiya bizim tariximiz, tarixi abidəmizdir, doğma ocağımızdır. İndi mən bilmirəm, Kino Agentliyinə yeni təyin olunan baş direktor bu məsələni özü üçün prioritet məsələ hesab edəcək, ya yox, bax bunu deyə bilmərəm”.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600