Zəkanın qiyməti: Azərbaycanda alim olmaq nəyə başa gəlir? – VİDEO
Mədəniyyət Kanalında yayımlanan “Başqa Söhbət” proqramında alimlərin maaşı, sosial təminatı və elmdəki mövcud problemlər gündəmə gətirilib.
Yenicag.az xəbər verir ki, proqramın aparıcısı Ramal Hüseynovun təqdimatında efirə gedən verilişin qonaqları hüquq elmləri doktoru Məhəbbət Dəmirçiyeva və Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov olub.
M. Dəmirçiyeva çıxışında alimlərin maaşının aşağı olduğunu, sosial təminatın zəifliyini və cəmiyyətin elmi və intellektual dəyərlərə qarşı biganəliyini tənqid edib. O, elmi mühitdə süni əngəllərin olduğunu vurğulayıb və bu problemlərin aradan qaldırılması üçün konkret addımların vacibliyini bildirib.
Deputat C. Məmmədov isə cavabında parlamentdə bu istiqamətdə müzakirələrin aparıldığını, yeni hüquqi və institusional çərçivələrin hazırlandığını qeyd edib. O, alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün müxtəlif layihələr üzərində çalışıldığını deyib.
Verilişdə “Elm susanda kim danışır?”, “Gənclər niyə elmə maraq göstərmir?” kimi suallar da səsləndirilib.
Qeyd edək ki, “Başqa Söhbət” proqramı hər həftə aktual mövzulara toxunaraq, ictimaiyyətin diqqətini cəlb edən müzakirələr təqdim edir.
Daha ətraflı videomaterialda: