Nigardan meyxanaçılara İRAD: “Abrı, həyası olanı efirə çıxarın”
“Bu gün səhnəni, sənəti cılız səviyyəyə gətirib çatdıran bəzi meyxana ifaçılarının ortaya çıxardıqları qız oxuyanlardır”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, Əməkdar artist Nigar Şabanova “Tarixin bir günü” verilişində deyib.
O, vaxtilə bəzi meyxana ifaçıları barədə səsləndirdiyi tənqidi fikirlərə aydınlıq gətirib:
“Mən meyxana janrı barədə pis söz deməmişəm. Gənclər bəzən onu cılızlaşdırsalar da, amma yenə meyxanada sanbal var. Mən meyxanaçılara yox, oxuya bilməyənlərdən söz düşəndə demişəm ki, bu gün səhnəni, sənəti cılız səviyyəyə gətirib çatdıran bəzi meyxana ifaçılarının ortaya çıxardıqları qız oxuyanlardır. Olmazmı sənəti olmayanlarla deyil, sənəti, savadı və abrı, həyası olanları efirə gətirib tanıdasınız. Çünki sənəti və abrı-həyası olan savadlı qız oxuyanlarımız var, hansı ki, onların reklama ehtiyacları var”.
Nehru